"Sona qədər mübarizə aparacağam" - Ule-Qunnar Sulşer

"Sona qədər mübarizə aparacağam" - Ule-Qunnar Sulşer

"Mançester Yunayted"in baş məşqçisi Ule-Qunnar Sulşer istefa verəcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Sky Sports" norveçli çalışdırıcının söylədiklərini belə çatdırıb:

"Mançester Yunayted"də yalnız baş məşqçi yox, həm də futbolçu və menecer kimi böyük çətinliklərdən keçmişəm. Ancaq son nəticədə problemlərin öhdəsindən gələ bilmişəm. Bu klubda baş məşqçi olandan bəri iki və ya üç böhrandan çıxmışıq. Yalnız onu deyə bilərəm ki, sona qədər müqavimət göstərəcək, mübarizə aparacağam. Təslim olmaq niyyətində deyiləm.

Əlbəttə, son çempionat oyununda "Liverpul"dan aldığımız ağır məğlubiyyəti təhlil etmişik. Futbolçular bu yenilginin təsirindən çıxmağı bacarmalıdırlar. Növbəti oyuna bütün həftə boyu hazırlaşmışıq".

Xatırladaq ki, "Mançester Yunayted" öz meydanında "Liverpul"a 0:5 hesabıyla uduzmuşdu.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər