Xərçəng xəstəsi olan "Mançester Yunayted" azarkeşi Patrik Lavlerin son istəyi baş tutub. Fanat.Az xəbər verir ki, 73 yaşlı fanat komandanın ulduzları ilə görüşüb.
Belə ki, son günlər Patrik Lavlerin vəziyyəti pisləşib. Prostat xərçəngi səbəbindən 4 ildi böyük çətinliklər yaşayan "Mançester Yunayted" fanatının nəvəsi Kayleyq onun son arzusunu yerinə yetirmək qərarına gəlib. "Facebook"da babasının fotosunu paylaşan 27 yaşlı nəvə duyğusal bir meesaj yazıb və "Bizə yardım edə biləcək biri varmı" sualını verib.
Qısa müddətdə minlərlə dəfə paylaşılan bu status gündəmə çevirilib. Çox keçmədən bir sosial media istifadəçisi "Mançester Yunayted"in 23 yaşlı futbolçusu Jesse Linqardı tanıdığını bildirib və telefon nömrəsini Kayleyqə verib.
Onun telefon zənginə müsbət cavab verən ingilis futbolçu komanda yoldaşları - Markus Raşford, Eşli Yonq və Timoti Fosu-Mensahla birlikdə xəstəxanada Patrik Lavlerı ziyarət ediblər. Onlar imzaladıqları formaları 73 yaşlı azarkeşə veriblər.
Vəziyyəti olduqca ağır olan Patrik Lavler çətinliklə gözlərini açaraq sevimli klubunun oyunçularına baxıb. Amma onun xoşbəxtliyi qısa sürüb. 73 yaşlı xərçəng xəstəsi son arzusunun gerçəkləşməsindən 45 dəqiqə sonra vəfai edib.
Fanat.Az