Son çempion yenə məğlub oldu

Son çempion yenə məğlub oldu

Almaniya Bundesliqasında 22-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

“Frayburq” - “Ayntraxt” matçında qalib müəyyənləşməyib. “Boxum”un qonağı olan “Bayern” isə növbəti məğlubiyyətinə üzülüb.

Hazırda “Bayer” 58 xalla vahid lider, “Bayern” isə 50 xalla ikincidir. “Ştutqart” 46, Dortmund “Borussiya”sı 41, “Leypsiq” 40 xal toplayıb.

Almaniya Bundesliqası 22-ci tur 16 fevral

Köln – Verder 0:1 Qol: Njinmah, 70.

17 fevral

Darmştadt – Ştutqart 1:2 Qollar: Seydel, 90+5 – Girassi, 14. Dahud, 90+2.

Haydenhaym – Bayer 1:2 Qollar: Klayndienst, 87 – Frimponq, 45+2. Adli, 81.

Hoffenhaym – Union Berlin 0:1 Qol: Aaronson, 84.

Maynts – Auqsburq 1:0 Qol: Van den Berq, 44.

Volfsburq – Borussiya (Dortmund) 1:1 Qollar: Gerhardt, 64 – Fullkruq, 8.

Leypsiq – Borussiya (Mönxenqladbax) 2:0 Qollar: Simons, 14. Openda, 57.

18 fevral

Frayburq – Ayntraxt 3:3 Qollar: Doan, 30. Qrifo, 45+5. Qreqoriç, 90 – Marmuş, 27. Knauff, 35; 72.

Boxum – Bayern 3:2 Qollar: Asano, 38. Şlotterbek, 44. Stoger, 78-pen – Musiala, 14. Keyn, 87.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər