Şeydayevin komandası evdə xal itirdi

Şeydayevin komandası evdə xal itirdi

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Tailand çempionatında növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, sözügedən komanda 11-ci tur çərçivəsində evdə “Ratburi” ilə qarşılaşıb.

Oyun heç-heçə başa çatıb – 0:0. Şeydayev bu matçın iştirakçısı olmayıb.

“Buriram Yunayted” hazırda 17 xalla 4-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər