Şeydayev oynadı, “Kocaelispor”...

Şeydayev oynadı, “Kocaelispor”...

Türkiyə 1-ci Liqasında 29-cu turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor” səfərdə “Çorum”la qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Şeydayev start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib.

“Kocaelispor” 49 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər