Şeydayev ilk qolunu vurdu, "Kocaelispor" sevindi

Şeydayev ilk qolunu vurdu, "Kocaelispor" sevindi

Türkiyənin 1-ci liqasında 30-cu turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" da növbəti matçına çıxıb.

Ramilin komandası öz meydanında "Giresunspor"la üz-üzə gəlib və 2:0 hesablı qələbə qazanıb. Start "11-lik"də yer alan azərbaycanlı forvard 8-ci dəqiqədə hesabı açıb. Bu, Şeydayevin Türkiyə klubundakı ilk qolu olub. Azərbaycan yığmasının üzvü 79-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, hazırda 52 xalı olan "Kocaelispor" çempionatın turnir cədvəlində 4-cü pillədə mövqe tutub.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər