"Sevincimdən göyün yeddinci qatındayam" - Ris Ceyms

"Sevincimdən göyün yeddinci qatındayam" - Ris Ceyms

"Çelsi"nin müdafiəçisi Ris Ceyms müqaviləsinin müddətini 2028-ci ilə qədər uzadandan sonra klubun saytına açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, arxa xətt oyunçusu belə danışıb:

"Sevincimdəm göyün yeddinci qatındayam. Azarkeşlərə, klubun yeni sahibinə, "Çelsi" camiəsində olan hər kəsə minnətdaram. Bizi gələcəkdə nə gözlədiyini görmək üçün səbirsizlənirəm. Əminəm ki, mükafatlar qazanmaq şansımız olacaq. 

Altı yaşımdan bu klubu dəstəkləyə-dəstəkləyə böyümüşəm. Bu, mənim olmaq istədiyim komandadır. Bizim parlaq gələcəyimiz var".

Qeyd edək ki, 22 yaşlı Ceyms "Çelsi"nin yetirməsidir. Cari mövsüm bütün turnirlərdə 5 oyuna çıxan müdafiəçi 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər