Şevçenko qovulmaq təhlükəsi ilə üz-üzə - İDDİA

Şevçenko qovulmaq təhlükəsi ilə üz-üzə - İDDİA

“Cenoa”nın baş məşqçisi Andrey Şevçenko qovulma təhlükəsi ilə üzləşib.

Fanat.Az xəbər verir ki, bu iddianı "Tuttomercatoweb" saytı yayıb.

Mənbənin yazdığına görə, A Seriyasının 21-ci turunda “Spetsia”yə məğlubiyyətdən (0:1) sonra  klub rəhbərliyi ukraynalı mütəxəssisi istefaya göndərməyi planlaşdırır.

Onu Davide Ballardini əvəz edə bilər. İtaliyalı futbolçu karyerası ərzində 4 dəfə “Cenoa”ya baş məşqçi təyin olunub. Rolando Maranın da qayıdışı istisna deyil.

Qeyd edək ki, "Cenoa" 21 turdan sonra 12 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər