Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko ölkəsində 2019-cu ilin ən yaxşı məşqçisi seçilib. Fanat.Az xəbər verir ki, 2016-cı ildən çalışdırdığı millini AÇ-2020-nin final mərhələsinə götürən Şeva rəqiblərini böyük üstünlüklə qabaqlayıb.
Bu da səbəbsiz deyil. Ukrayna seçmə mərhələni qrup lideri kimi bitirməklə yanaşı ölkə tarixində ilk dəfə ili məğlub olmadan başa vurub. Maraq üçün qeyd edək ki, ilin ən yaxşı qapıçısı adını "Şaxtyor"un və yığmanın qolkiperi Andrey Pyatov alıb. "Mançester Siti"nin yarımmüdafiəçisi Aleksandr Zinçenko isə Ukraynanın xaricdə çıxış edən ən yaxşı futbolçusu hesab edilib.
Fanat.Az