"Şevçenko bu posta ən pis namizəd idi" - Zbiqnev Bonek

"Şevçenko bu posta ən pis namizəd idi" - Zbiqnev Bonek

"Yaxşı ki, Andrey Şevçenko Polşa millisinin baş məşqçisi olmadı. O, bu posta ən pis namizəd idi".

Fanat.Az xəbər verir ki, bu sözləri Polşa Futbol İttifaqının sabiq prezidenti Zbiqnev Bonek deyib.

"Polsat Sport"a danışan Bonek Ukrayna millisinin və İtaliyanın "Cenoa" klubunun keçmiş çalışdırıcısını tənqid edib:

"Məncə, Şevçenko Ukrayna yığmasında sadəcə, reklam baxımından faydalı idi. Bu millini həmin vaxt Mauro Tassotti çalışdırırdı... Andrey "Cenoa"da 10 oyundan yeddisində uduzmuşdu. Belə "döyülmüş" baş məşqçi Polşa seçməsini Rusiya ilə pley-off oyununa çıxara bilərdi? Əsla! Souzanın gedişindən sonra seçmə yalnız polşalıya tapşırılmalıydı. Yaxşı ki, belə də oldu". 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər