Misirin "Zemalek” klubunun sabiq baş məşqçisi Abdul Rəhim Məhəmməd dünyasını dəyişib.
Fanat.Az-ın məlumatına görə, onun ölümünə Rusiyada keçirilən dünya çempionatının A qrupunun III turunda yığmasının Səudiyyə Ərəbistanına məğlubiyyəti səbəb olub.
Belə ki, "Zemalek”də futbolçu kimi də oynamış Məhəmməd Misirin dövlət televiziyasında qarşılaşmanı şərh edirmiş. O, Səudiyyə Ərəbistanının 90+5-ci dəqiqəsində vurduğu qolla Misirə 2:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra özünü pis hiss edib və infarkt keçirib. Onu dərhal xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Fanat.Az