Səudiyyə Ərəbistanı klubu Korreanı istəyir

Səudiyyə Ərəbistanı klubu Korreanı istəyir

“Atletiko Madrid”in vingeri Anxel Korrea karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı AS nəşri yayıb.

Xəbərə görə, 28 yaşlı futbolçunun xidmətində “Əl-İttihad” maraqlıdır. Mənbə sözügedən klubun argentinalıya hər mövsüm üçün 20 milyon avro maaş fonunda 3 illik müqavilə təklif etməyə hazır olduğunu bildirib. 

Cari mövsüm "Atletiko" forması ilə bütün turnirlərdə 23 matça çıxan Korrea beş qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına  qədərdir.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər