Səudiyyə Ərəbistanı klublarının büdcəsi məhdudlaşdırıldı

Səudiyyə Ərəbistanı klublarının büdcəsi məhdudlaşdırıldı

Səudiyyə Ərəbistanı klubları bu qış transfer bazarında ulduzlar üçün sağa-sola pul xərcləyə bilməyəcək.

Fanat.Az AS-a istinadən xəbər verir ki, ölkənin dörd ən böyük klubunu - "Əl-Hilal", "Əl-Nəsr", "Əl-İttihad" və "Əl-Əhli"ni maliyyələşdirən Səudiyyə Ərəbistanı Suveren Fondu (PIF) qış transfer pəncərəsi üçün xərclərə məhdudiyyətlər qoyub. 

Mənbənin məlumatına görə, eyni zamanda, klublar əvvəlki kimi müqavilələr bağlaya biləcək, lakin onları özləri maliyyələşdirməli olacaqlar.

Qeyd edək ki, "Əl-Hilal" qış fasiləsinə lider yollanıb. İkinci pillədə qərarlaşan Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" liderdən 7 xal geri qalır. Səudiyyə Ərəbistanı çempionatı fevralın 15-dən davam etdiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər