Setyen Bartomeu ilə niyə görüşüb? - AÇIQLAMA

Setyen Bartomeu ilə niyə görüşüb? - AÇIQLAMA
"Barselona"nın baş məşqçisi Kike Setyen "Alaves"lə oyun ərəfəsində Çempionlar Liqasından və prezident Jozep Bartomeu ilə son görüşündən danışıb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, Setyen bunları deyib:
"İrəlidəki Çempionlar Liqası matçını düşünəndə özümüzü yaxşı hiss edirik. Sabah önəmli matçımız var. Ondan sonra özümüzə gəlməli və gələcək barədə düşünməliyik.
Aydın məsələdir ki, mövcud vəziyyət bizi narahat edir. Bu situasiyadan çıxmaq üçün həll yolları axtarırıq. Bunun üçün Bartomeu ilə görüşmüşdük. Biz gələcəyə hazırlaşırıq.
Diqqətimizi mübarizəni davam etdirdiyimiz turnirə yönəltməliyik. Bu, Çempionlar Liqasıdı. Ümid edirik ki, bu turnir biz çox şey qazandıracaq. Çempionatın qalibi ola bilmədik. İrəlidə bizi çox cəlbedici hədəf gözləyir: Çempionlar Liqası".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər