"Real Madrid"i ötən ay azad agent qismində tərk edərək PSJ-yə keçən Serxio Ramosun "4" nömrəli formasını heç kim götürmür.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, baş məşqçi Karlo Ançelotti kapitanın gedişindən sonra onun nömrəsinin boş olduğunu bildirsə də, futbolçuların heç biri bu formayla oynamaq istəməyib.
Maraqlıdır ki, İspaniya millisində də eyni vəziyyətdir. Serxionun yığmada geyindiyi "15" nömrəli geyim dəsti də boş qalıb.
Qeyd edək ki, 35 yaşlı müdafiəçi özü Paris klubunda əvvəllər Tilo Kererin daşıdığı "4"ə sahib çıxıb.
Nihat