İspaniya Primerasının 33-cü turu çərçivəsində "Real Sosyedad" "Barselona"nı qəbul edib (0:1).
Fanat.Az xəbər verir ki, həmin matçda meydana çıxan "Barselona"nın yarımmüdafiəçisi və kapitanı Serxio Buskets kataloniyalıların heyətində karyerasında 675-ci oyununu keçirib.
Bu göstəriciyə görə futbolçu Andres İnyestanı üstələyərək üçüncü yerə yüksəlib.
Busketsdən daha çox “Barselona”da yalnız indiki baş məşqçisi Xavi (767) və hazırda PSJ-də çıxış edən Lionel Messi (778) oynayıb.
Emin