"Şerif" əvvəlki iki qələbəni təsadüfən qazanmayıb"

"Şerif" əvvəlki iki qələbəni təsadüfən qazanmayıb"

"İnter"in baş məşqçisi Simone İnzagi Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda Moldova "Şerif"i ilə keçirəcəkləri oyundan danışıb.

Fanat.Az xəbər verir ki, "SempreInter" mütəxəssisin söylədiklərini belə çatdırıb:

"Məncə, "Şerif" əvvəlki iki oyunu təsadüfən udmayıb. Bilirik ki, bura böyük ümidlərlə gələn kollektivlə qarşılaşacağıq.

Rəqibimiz təşkilatlanmış komandadır. Məncə, bizə qarşı müdafiədə daha çox vaxt keçirib əks-hücumda uğur qazanmağa çalışacaqlar. Yaxşı hücum xəttimiz var. Deyərdim ki, A Seriyasında ən yaxşı hücum xətti bizimkidir. Futbolçularım qol vəziyyətləri yarada, rəqib qapılarına yol tapa bilirlər".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər