"Latsio"nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.
Xəbərə görə, agent Mateya Kejman sözügedən futbolçunu "Çelsi"yə təklif edib. Mənbə "zadəganlar"ın Sergeyin transferi ilə bağlı dəqiq qərar vermədiyini, lakin bu variantın da nəzərdən keçidirldiyini vurğulayıb.
Qeyd edək ki, Milinkoviç-Saviç 2022/2023 mövsümündə "Latsio" forması ilə A Seriyasında 36 matça çıxıb. Bu qarşılaşmalarda 9 qol vuran serb futbolçu 8 məhsuldar ötürmə ilə də yadda qalıb.
Nihat