Sərdar Azmunun yeni klubu bilindi - SON DURUM

Sərdar Azmunun yeni klubu bilindi - SON DURUM

“Bayer” klubunun iranlı hücumçusu Sərdar Azmun karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib. 

Xəbərə görə, o, “Şabab Əl-Əhli” klubuna keçməyə razılıq verib. 

“Əczaçılar”ın 29 yaşlı iranlıya görə 5 milyon avro təzminat alacağı bildirilir. Sərdar gələn bazar ertəsi yeni komandasında tibbi müayinədən keçəcək. 

Qeyd edək ki, Sərdar ötən mövsümü icarə əsasında “Roma”da keçirib. Bununla belə, hücumçu İtaliyada uğurlu il keçirməyib: o, A seriyasında 20-dən çox matçda cəmi 3 dəfə fərqlənib.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər