"Fiorentina"nın direktoru Co Barone Serbiya millisinin ulduzu Duşan Vlahoviçin "Yuventus"a keçəcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az "La Nazione" qəzetinə istinadən xəbər verir ki, Barone belə danışıb:
"Biz "Yuventus"dan hər hansı təklif almamışıq. Açığı, Duşanın gələcək planlarından da xəbərimiz yoxdur. Gec və ya tez o, bizə bu barədə nə düşündüyünü deməlidir".
Qeyd edək ki, Vlahoviç bu mövsüm A Seriyasında 21 oyuna çıxaraq 17 qol vurub.