Serb hücumçu sevgilisinin yanında intihar etdi

Serb hücumçu sevgilisinin yanında intihar etdi
Serbiyalı sabiq futbolçu Milyan Mrdakoviç intihar edib. 
 
Fanat.Az Serbiya mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı eks-hücumçu Belqradda - sevgilisi ilə kirayələdiyi evdə başına tapança ilə atəş açaraq özünü öldürüb.
 
Hadisənin səbəbləri araşdırılır.
 
Ampluaca hücumçu olan Mrdakoviç karyerası boyu bir sıra Avropa klublarında top qovub. O, Belçikanın "Anderlext”, "Gent”, "Endraxt”, Avstriyanın "Austriya”, Ukraynanın "Metallist” (Xarkov), İsrailin "Makkabi” (Təl-Əviv), Portuqaliyanın "Vitoriya”, Çinin "Şandonq Lunin”, "Tsyansu Sunin”, Kiprin "Apollon”, "Etnikos”, AEK (Larnaka), "Enosis”, Yunanıstanın "Veriya”, "Levadiakos”, "Aqrotikos”, Sinqapurun "Tampines Rovers” və Serbiyanın "OFK Belqrad”, "Rad”, "Voyvodina” klublarında çıxış edib. O, karyerasını 2017-ci ildə "OFK Belqrad”da bitirib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər