"Bayern Münhen"in yeni transferi Sadio Mane vətənində ona olan güclü dəstəkdən danışıb.
Fanat.Az xəbər verir ki, Almaniya klubunun mətbuat xidmətinə açıqlama verən ulduz futbolçu "Bayern"in onun sayəsində Seneqalda böyük azarkeş ordusu qazandığını deyib:
“Mən oynadığım zaman Seneqalda heç kim o gün işləmir. Həmin gün sanki tətil olur. Televiziyada hamı mənə baxır. İndi "Bayern" oynayacağı zaman Seneqalda heç kim işləməyəcək".
Qeyd edək ki, Sadio Mane bu yay "Liverpul"dan "Bayern"ə keçib.
Mirağa