ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" turnirinin IV turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ağ fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşıb.
Fanat.Az xəbər verir ki, oyun 24-cü gedişdən sonra heç-heçə ilə yekunlaşıb - 0,5:0,5.
Bununla da Məmmədyarov xallarını 2,5-ə çatdırıb.
On şahmatçının mübarizə apardığı "Sinquefield Cup" 300 min dollar mükafat fonduna malikdir. Qalib 75 min dollar qazanacaq.
Fanat.Az