Şəhriyar Məmmədyarov Aronyanı məğlubiyyətə uğratdı

Şəhriyar Məmmədyarov Aronyanı məğlubiyyətə uğratdı
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Superbet Chess Classic” turnirində Azərbaycan şahmatçıları növbəti görüşlərini keçirib.
 
Fanat.Az xəbər verir ki, Şəhriyar Məmmədyarov ağ fiqurlarla bu ildən ABŞ-ı təmsil edən erməniylə - Levon Aronyanla qarşılaşıb və qələbə qazanıb.
 
Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbov qara fiqurlarla Boqdan Daniel Dyakla (Rumıniya) heç-heçə oynayıb.
 
Bu nəticələrdən sonra Məmmədyarov xalını 4-ə çatdıraraq,  Aleksandr Qrişukla  (Rusiya) birgə liderliyini davam etdirir. Rəcəbov isə 3 xalla 4-cü yerdə gedir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər