Şəhriyar Məmmədyarov ABŞ-da 17 500 dollar qazandı

Şəhriyar Məmmədyarov ABŞ-da 17 500 dollar qazandı

ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" seriyasının beşinci mərhələsi olan "Sinquefield Cup" (Sinkfild Kuboku) turniri başa çatıb.

Fanat.Az xəbər verir ki, təmsilçimiz Şəhriyar Məmmədyarov son turda ağ fiqurlarla fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib. Tərəflər 25-ci gedişdə "sülh bağlayıb".

Beləliklə, Məmmədyarov turniri 4 xalla yeddinci yerdə başa vurub. Maksim Vaşye-Laqrav 6 xalla birinci olub.

Qeyd edək ki, 10 şahmatçının iştirakı ilə keçirilən turnir üçün 325 min dollar mükafat fondu nəzərdə tutulub. Qalib 90, Məmmədyarov isə 17 500 dollar qazanıb.

"Sinquefield Cup"

IX tur

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Maksim Vaşye-Laqrav (Fransa) 0,5:0,5 Sem Şenklend (ABŞ) - Dariuş Sverç (ABŞ) 0,5:0,5 Uesli So (ABŞ) - Lenyer Dominges (ABŞ) 0,5:0,5 Pyotr Svidler (Rusiya) - Ceffri Şonq (ABŞ) 0,5:0,5 Rixard Rapport (Macarıstan) - Fabiano Karuana (ABŞ) 0,5:0,5

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər