Şəhriyar dayandı, Teymur 1/4 finala çıxdı

Şəhriyar dayandı, Teymur 1/4 finala çıxdı
Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 6-cı mərhələsində təsnifat mərhələsinə yekun vurulub.
 
Fanat.Az xəbər verir ki, "The FTX Crypto Cup” adı verilmiş bu mərhələnin üçüncü yarış günündə son 5 turun görüşləri baş tutub.
 
Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov sonuncu gündə 1 qələbə qazanıb, 3 heç-heçəyə razılaşıb və 1 məğlubiyyətlə üzləşib. Bu nəticələrdən sonra xalını 7.5-ə çatdıran təmsilçimiz yekunda 10-cu yeri tutub və mübarizəni dayandırıb.
 
Teymur Rəcəbov isə 1 qələbə qazandığı halda, 2 heç-heçəyə razılaşıb, 2 görüşdə də məğlubiyyətlə üzləşib. Yekunda 8.5 xalı olan təmsilçimiz bu nəticə 1/4 finala vəsiqə qazanıb. 34 yaşlı qrossmeysterimiz növbəti mərhələdə Niderland təmsilçisi Aniş Giri ilə mübarizə aparacaq. 1/4 final mərhələsinin görüşləri 26-27 mayda keçiriləcək:
 
Aniş Giri (Niderland) - Teymur Rəcəbov (Azərbaycan)
Fabiano Karuana (ABŞ) - Yan Nepomnyaşi (Rusiya)
Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Norveç)
Maksim Vaşye-Laqrav (Fransa) - Uesli So (ABŞ)
 
Mayın 31-də başa çatacaq bu turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoindir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər