“Şapekoense” qəzadan sonra ilk oyununu keçirdi

“Şapekoense” qəzadan sonra ilk oyununu keçirdi
Braziliyanın "Şapekoense” klubu təyyarə qəzası faciəsindən sonra ilk oyununu keçirib.
Fanat.Az xəbər verir ki, komanda I liqa kuboku çərçivəsində "Joinvil”i qəbul edib.
0:0 hesabı ilə bitən oyunun 71-ci dəqiqəsində azarkeşlər qəzada həyatını itirmiş 71 nəfəri yad ediblər.
Qeyd edək ki, ötən ilin noyabr ayının 29-da baş vermiş faciədə təyyarədə olan 77 sərnişindən 71-i dünyasını dəyişib. Qəzadan xilas olan 6 nəfərdən 3-ü "Şapekoense”nin üzvləridir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər