"Bayern Münhen"in yarımmüdafiəçisi Leroy Sane klubun heyətində noyabr ayının ən yaxşı futbolçusu seçilib.
Fanat.Az xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğuda 25 yaşlı futbolçu 44% səs toplayıb. Robert Levandovski ikinci (22%), Tomas Müller isə üçüncü (10%) olub.
Sane sentyabr və oktyabr aylarında da klubun ən yaxşı futbolçusu seçilib.
Xatırladaq ki, alman futbolçu ötən ay 5 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Emin