“Şalke” xal itirdi, millimizin hücumçusu...

“Şalke” xal itirdi, millimizin hücumçusu...

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 18-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Ştraelen”lə qarşılaşıb. Tərəflər bu oyundan qolsuz ayrılıblar.

Rüfət bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Şalke”nin ikinci komandası bu nəticədən sonra 27 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər