Salahın son vəziyyəti nə yerdədir?

Salahın son vəziyyəti nə yerdədir?

"Liverpul"un hücumçusu Məhəmməd Salahın son vəziyyətinə aydınlıq gəlib.

Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, mersisaydlıların misirli ulduzu məşqlərə başlayıb. 

Xəbərə görə, Salah İngiltərə Premyer Liqasının 28-ci turunda keçiriləcək görüşdən - "Mançester Siti" ilə matçdan öncə kollektiv məşqlərə qatılıb. Onun martın 10-da "Enfild"də baş tutacaq qarşılaşmada komandasına kömək edə biləcəyi gözlənilir.

Xatırladaq ki, Mo Afrika Millətlər Kubokunda ölkəsinin Qana millisinə qarşı keçirdiyi görüşdə zədələnmiş, bu səbəbdən "qırmızılar"ın son 4 matçında meydana çıxmamışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər