Salah Britaniyanın 8-ci xeyriyyəçisidir

Salah Britaniyanın 8-ci xeyriyyəçisidir

"Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah qazancının 6 faizini ianələrə sərf edib.

Fanat.Az xəbər verir ki, "The Sunday Times" Birləşmiş Krallıqdakı 100 ən böyük xeyriyyəçinin yer aldığı ənənəvi "Giving List"ini dərc edib.

Misirli futbolçu 2022-ci il üçün açıqlanan siyahıda 8-ci yerdə qərarlaşıb. "Liverpul"un ulduzu 6 ay ərzində 2,5 milyon funt sterlinq ianə edib ki, bu da Salahın sərvətinin (40 milyon funt sterlinq) 6 faizi deməkdir.  

Salah əsas ianələri Misirdəki doğma Naqriqə edib. Ulduz futbolçu orada məktəb, gənclər mərkəzi, təcili yardım maşını, xəstəxana və su filtrasiya mərkəzinin (450 min dollara başa gəlib) tikintisini maliyyələşdirib. O, həmçinin hər ay 3500 funt sterlinq məbləğdə birbaşa nağd ödənişlərlə yoxsul ailələrə kömək edib.  Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər