Sakki: "Mükafat Jorjinyoya verilməlidir"

Sakki: "Mükafat Jorjinyoya verilməlidir"

İtaliyalı məşhur futbol mütəxəssisi Arriqo Sakki (Arrigo Sacchi) İtaliya millisinin və "Çelsi" klubunun yarımmüdafiəçisi Jorjinyo (Jorginho) haqda fikirlərini bölüşüb.

Fanat.Az xəbər veri ki, "Sky İtalia"  75 yaşlı mütəxəssisin dediklərini belə çatdırır: "Jorjinyonun ilin ən yaxşı oyunçusu seçiləcəyinə şübhəm yoxdur. Möhtəşəm mövsüm keçirib, Çempionlar Liqasını və Avropa Çempionatını qazanıb. İtaliya millisinin uğurunda çox əhəmiyyətli rol oynayıb. Mükafat De Bröyne (Kevin De Bruyne) və ya Kanteyə (Ngolo Kante) verilsə, çox təəccüblənərəm. Onlar da əla futbolçulardır, amma Jorjinyo bir saniyə belə yavaşlamadan möhtəşəm bir mövsüm keçirib."

Qeyd edək ki, futbolçu  AVRO-2020 və ÇL-dən əlavə həm də UEFA Super Kubokunu qazanıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər