Şakiri İPL-i tərk edir - RƏSMİ

Şakiri İPL-i tərk edir - RƏSMİ

Fransanın "Lion" klubu isveçrəli futbolçu Cerdan Şakirini (Xherdan Shaqiri) heyətinə qatıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Transferin təfərrüatları barədə heç bir rəsmi məlumat yoxdur.

Digər mənbələrdən ("Sky Sports", Canluka Di Martsio) əldə etmiyimiz məlumata görə, futbolçu kluba 12 milyon avroya başa gəlib. 29 yaşlı yarımmüdafiəçi "Lion"la müddəti 2024-cü ilə qədər olan müqavilə imzalayıb.

Xatırladaq ki, daha əvvəl Şakiri karyerasını "Liverpul"da davam etdirmək istədiyini bildirmişdi.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər