Şahmatçımızın iştirak edəcəyi turnir təxirə salındı

Şahmatçımızın iştirak edəcəyi turnir təxirə salındı
Cəbəllütariqdə keçirilməli olan qadın şahmatçılar arasında FİDE Qran-Prisi təxirə salınıb.
Fanat.Az xəbər verir ki, bu barədə FİDE və yarışın təşkilatçıları qərar çıxarıb. Buna səbəb Cəbəllütariqdə koronavirus pandemiyasının yayılması olub. Son həftələrdə yoluxmaların artması üzündən ölkədə karantin elan edilib. 
Şahmatçımız Günay Məmmədzadənin də qatılacağı yarışda iştirakçıların təhlükəsizliyini nəzərə alınıb. Təşkilatçılar turniri şərtlərin imkan verəcəyi halda fevralın sonuna qədər təxirə salıb.
Yanvarın 17-29-da keçirilməli olan turnirdə 12 şahmatçı mübarizə aparmalı idi.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər