Şahmatçılarımız üçün bərbad gün: yalnız Günay sevindi

Şahmatçılarımız üçün bərbad gün: yalnız Günay sevindi

Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün qitə birinciliyində 3-cü turun görüşləri keçirilib. Gün xanım şahmatçılarımız üçün bərbad alınıb. Belə ki, yarışa qatılan 10 zəka sahibindən 7-si  uduzub, 2-si isə yarım xalla kifayətlənib. Yalnız Gunay Məmmədzadə qələbə qazana bilib.

 

3-cü turun nəticələri:

Günay Məmmədzadə - Stavroula Tsolakidou (Yunanıstan) 1:0 Ülviyyə Fətəliyeva -  Nurgül Səlimova (ECX) 0.5 - 0.5 Gövhər Beydullayeva - Nataliya Buksa (Ukrayna) 0.5 - 0.5 Türkan Məmmədyarova - Lela Javaxişvili (Gürcüstan) 0:1 Gülnar Məmmədova - Nino Batsiaşvili (Gürcüstan) 0:1 Ayan Allahverdiyeva - Viktoriya Çernyak (Rusiya) 0:1 Nəsrin Babayeva - Tatyana Dornbuş (Monteneqro) 0:1 Zeynəb Məmmədyarova - Ellen Nillsen (Danimarka) 0:1 Xanım Balacayeva - Elina Darielyan (Ermənistan) 0:1 Xəyalə Abdulla - Monika Soçko (Polşa) 0:1

 

4-cü turun oyunları sabah keçiriləcək.

 

Qeyd edək ki, qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu isə 60 min avro təşkil edir.

 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər