Şahmat Olimpiadası: Millimiz İsrailə də şans vermədi

Şahmat Olimpiadası: Millimiz İsrailə də şans vermədi

Qadınlardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, yığma IV turda İsrail seçməsi ilə üz-üzə gəlib. Günay Məmmədzadə ilk, Gövhər Beydullayeva üçüncü lövhədə rəqibləri ilə heç-heçə ediblər. Xanım Balacayeva və Ülviyyə Fətəliyeva isə müvafiq olaraq, iki və dördüncü lövhələrdə görüşlərini qalibiyyətlə başa vurublar. Beləliklə, millimiz qarşılaşmadan 3:1 hesablı üstünlüklə ayrılıb. Bu, kollektivimizin ardıcıl 4-cü qələbəsi olub. 

Komanda ilk turda Birləşmiş Ərəb Əmirliklərini, ikinci turda Finlandiyanı 4:0, III turda isə Yunanıstanı 2,5:1,5 hesabı ilə üstələyib.

Ümumdünya Şahmat Olimpiadası

Qadınlar

IV tur

İsrail – Azərbaycan - 1:3

Marsel Yefroimski – Günay Məmmədzadə 0,5:0,5

Dina Belenkaya – Xanım Balacayeva 0:1

Maşa Klinova – Gövhər Beydullayeva 0,5:0,5

Mixal Lahav – Ülviyyə Fətəliyeva 0:1

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər