Sadio Mane sıradan çıxdı

Sadio Mane sıradan çıxdı

"Liverpul"un hücumçusu Sadio Mane sıradan çıxıb. 

Fanat.Az xəbər verir ki, seneqallı futbolçu millisinin DÇ-2022-in seçmə mərhələsi çərçivəsində Toqo ilə oyunda zədələnib. 

Matçın 27-ci dəqiqəsində xəsarət alan Mane meydanı tərk etmək məcburiyyətinə qalıb. Onun qabırğa və omba nahiyyəsindən zədə aldığı bildirilir.

AFP-n verdiyi məlumata görə, Sadio bu gün "Liverpul"un düşərgəsinə geri dönəcək. 

Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər