Seneqallı məşhur hücumçu Sadio Mane Səudiyyə Ərəbistanını tərk edərək Avropaya qayıda bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb.
Mənbənin məlumatına görə, 32 yaşlı futbolçu ilə Avstriyanın "Zalsburq" klubu maraqlanır.
Qeyd edək ki, Sadio karyerasının əvvəlində bu klubda çıxış edib. O, 2012-2014-cü illərdə Avstriya təmsilçisində oynayıb.. Mane daha sonra İngiltərə Premyer Liqasına keçib və "Liverpul"da uğurlu karyera qurub.
Seneqallı 2023-cü ilin yayından Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun oyunçusudur. Tərəflər arasında mövcud müqavilə 2026-cı ildə başa çatır. Onun transfer qiyməti 15 milyon avro qiymətləndirilir.
Mirağa