Sabri yenidən "sarı-qırmızı" formada

Sabri yenidən "sarı-qırmızı" formada

"Qalatasaray"dan ayrılan Sabri Sarıoğlunun yeni mövsümdə oynayacağı komanda dəqiqləşib.

Fanat.Az xəbər verir ki, təcrübəli futbolçu İzmir komandası "Göztəpə" ilə anlaşıb. "Sarı-qırmızılar" Super Liqaya bu mövsüm yüksəlib.

Onun əvvəlcə "Kayserispor"la müqavilə bağlayacağı gözlənilirdi. Amma futbolçu qərarını gec verdiyinə görə Kayseri komandası transferdən imtina etmişdi.

Yeni komandasında Sabrinin qazancı illik 900 min avro olacaq və müqavilə iki il üçün nəzərdə tutulub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər