Saatlı 2 oyuna ev sahibliyi edəcək

Saatlı 2 oyuna ev sahibliyi edəcək

Azərbaycan I Liqasının III turunun oyun cədvəli açıqlanıb.

Fanat.Az xəbər verir ki, iki günə sığacaq turun açılış oyununda iki iddialı komanda - "Qaradağ Lökbatan"la "İrəvan" münasibətlərinə aydınlıq gətirəcək.

Tərəflər 27 sentyabrda "Neftçi"nin Futbol Mərkəzində üz-üzə gələcəklər.

Turun bütün görüşləri Peşəkar Futbol Liqasının "Youtube" kanalında (I Liqa / II Liqa) canlı yayımlanacaq.

Azərbaycan I Liqası III tur 27 sentyabr 

“Qaradağ Lökbatan” – “İrəvan” Neftçi Futbol Mərkəzi (IV meydança), 14:00

“Araz Saatlı” – “Mingəçevir” Saatlı OİK stadionu, 15:00

“Karvan” – “Difai Ağsu” Yevlax şəhər stadionu, 15:30

28 sentyabr 

“Zaqatala” – MOİK Zaqatala OİK stadionu, 15:00

“İmişli” – “Şamaxı” Saatlı OİK stadionu, 15:30

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər