Rusların daha bir rəqibi bilindi

Rusların daha bir rəqibi bilindi

Rusiya millisi yayda keçirməyi planlaşdırdığı yoldaşlıq görüşü üçün özünə rəqib tapıb. 

Fanat.Az xəbər verir ki,  informasiyanı "Matç TV" yayıb. 

Xəbərə görə, ruslar iyunda Qazaxıstan millisi ilə yoldaşlıq oyunu keçirə bilər.

"Rusiya və Qazaxıstan milli komandaları arasında oyunun keçirilməsi məsələsi üzərində iş gedir, oyun iyunda baş tuta bilər", - telekanal öz mənbəsinə istinadən xəbər yayıb.

Rusiya millisi martda iki yoldaşlıq oyunu keçirəcək ki, Serbiya ilə matç artıq razılaşdırılıb - görüş martın 21-də "Dinamo" stadionunda baş tutacaq. Dörd gün sonra - martın 25-də eyni məkanda keçiriləcək ikinci qarşılaşmada rəqib Latın Amerikası yığması ola bilər. 

Qeyd edık ki, UEFA və FİFA-nın sanksiyalarına görə Rusiya millisi yalnız yoldaşlıq oyunları keçirə bilər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər