Ruslanı satdılar, toplanışın pulunu çıxardılar- ÖZƏL

Ruslanı satdılar, toplanışın pulunu çıxardılar- ÖZƏL

Ağabala Ramazanovun “Qarabağ”a, Ruslan Abışovun “Neftçi”yə keçidindən sonra məlum transfer qadağasıyla üzləşən “İnter”in zəifləyəcəyi dəqiqdi. 2017-ci il üçün kluba ayrılan maliyyəni bir qədər gec təsdiqləyən Beynəlxalq Bankın başbilənləri “ağ-göylər”ə lazım olan vəsaiti vaxtında ödəmir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə Ruslan Abışovun keçidinə görə “Neftçi”nin “İnter”ə ödədiyi pul təlim-məşq toplanışının keçirilməsinə xərclənəcək. Əslində “ağ-qaralar”a öncə “yox” deyən “bankirlər”in sonradan razılığa gəlməsi də məhz hazırlığın normal təşkilinə görədir.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər