Rüfət Dadaşov mövsümə qolla başladı

Rüfət Dadaşov mövsümə qolla başladı
Almaniya III Bundesliqada 2018/19 mövsümünə start verilib. 
Fanat.Az xəbər verir ki, Rüfət Dadaşovun yeni klubu "Proyssen” ilk turda "Fortuna”nın qonağı olub. Münster təmsilçisi rəqibini böyük hesabla yenib - 4:1. Start heyətində yer alan Azərbaycan millisinin sabiq futbolçusu 43-cü dəqiqədə komandasının 2-ci qoluna imza atıb.
Rüfət 73-cü dəqiqədə əvəzlənib. Həmin vaxt "Proyssen" 3:1 hesabı ilə öndə olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər