Roza Zərgərli və Pərviz Bülbülə ölkə kubokunun təqdimatında çıxış edəcək

Roza Zərgərli və Pərviz Bülbülə ölkə kubokunun təqdimatında çıxış edəcək
"Qəbələ” klubu tarixində ilk dəfə olaraq qazandığı Azərbaycan kubokunu doğma şəhərində azarkeşlərinə təqdim edəcək.
Fanat.Az xəbər verir ki, mayın 19-da Naxçıvanda qazanılan mükafat Qəbələyə əlamətdar gündə aparılacaq.
Klubun əldə etdiyi ilk kubok 28 May – Respublika günündə azarkeşlərə təqdim olunacaq. Bununla əlaqədar Qəbələ şəhər stadionunda bayram tədbiri təşkil ediləcək. Tədbir saat 19:00-da başlanacaq.
Təqdimatın bədii hissəsində tanınmış müğənni Roza Zərgərli, meyxanaçı Pərviz Bülbülə mahnı oxuyacaq, rəqs və musiqi qrupları tamaşaçıları əyləndirəcək.
Qeyd edək ki, "Qəbələ” Azərbaycan Kubokunun finalında "Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edərək növbəti dəfə Azərbaycanı UEFA Avropa Liqasında təmsil etmək hüququ əldə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər