Ronalduya aktyor məsləhəti: "Getmək vaxtıdır"

Ronalduya aktyor məsləhəti: "Getmək vaxtıdır"

Fransa millisinin və "Çelsi" klubunun sabiq müdafiəçisi Frank Leböf hesab edir ki, Kriştianu  Ronaldu təqaüdə çıxmaq barədə düşünməlidir.

Fanat.Az xəbər verir ki, bu barədə Fransanın "L Equipe" nəşri məlumat yayıb. 

Mənbə 54 yaşlı mütəxəssisin dediklərini belə çatdırır:  "Bilirsiniz nə var? Məncə, düşünmək vaxtıdır. Özünə sual verməlidir: "Mən həyatım və karyeramla nə edirəm?"  Kriştianu ailəsi ilə bunu müzakirə etməlidir. Futbolu vaxtında tərk etmək lazımdır. 

Ronaldoya baxıb təəssüflənmək istəmirəm, çünki o, uzun illər zirvədə olub. Onun orta səviyyəli futbolçu olmasını istəmirəm. O, uzun illərin görkəmli futbolçusudur. Getmək vaxtıdır. İstərdim ki, o, karyerasını zirvədə bitirsin”.

Xatırladaq ki, sabiq dünya çempionu Frank Leböf hazırda Fransanın tanınmış teatr və kino aktyorudur.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər