Ronaldunun meneceri ilə arası dəyib - SƏBƏB

Ronaldunun meneceri ilə arası dəyib - SƏBƏB

Portuqaliyalı ulduz Kriştianu Ronaldunun meneceri Xorxe Mendes futbolçunun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna transferi ilə bağlı danışıqlarda iştirak etməyib. 

Fanat.Az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. 

İddialara görə, ikilinin arasında münasibət tərəflərin futbolçunun gələcəyi ilə bağlı fikir ayrılıqları fonunda pisləşib. 

Bu səbəbdən müqavilə şərtləri və ərəblərin təklifi ilə bağlı müzakirəni Ronaldunun etibarlı adamı sayılan Rikardo Requfe aparıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər