"Yuventus"un superulduzu Kriştianu Ronaldunun bacısı Elma Aveyro A seriyasının ilk turu çərçivəsində keçirilən "Udineze" ilə səfər qarşılaşmasında (2:2) qardaşının vurduğu qolun ləğv edilməsinə reaksiya verib.
Fanat.Az-ın məlumatına görə, o, çəxsi "Instagram" hesabında belə yazıb: “Çiyin orda olsaydı, oyundankənar vəziyyətə düşməzdi. Belə çıxır ki, daha kiçik ölçülü forma geyinməliymiş. Soyğun başlayır".
Xatırladaq ki, Ronaldu Udinedə baş tutan matçda rəqib qapısına yol tapsa da, ədalət təmsilçiləri VAR-a baxdıqdan sonra qol ləğv edilib.