Ulduz futbolçu Kriştianu Ronaldunun meneceri Xorxe Mendeş (Jorge Mendes) oyunçunun gələcəyi ilə bağlı "Yuventus"la danışıqlar aparmaq üçün Turin şəhərinə yollanıb..
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı idman jurnalisti Canluka Di Martsio yayıb.
Xəbərə görə, Mendeşin gəlişində məqsəd Ronaldunun "Mançester Siti"yə keçidini rəsmiləşdirməkdir.
Qeyd edək ki, "şəhərlilər" portuqaliyalı hücumçuya ilinə 15 milyon avro qazanacağı 2 illik müqavilə təklif etmək niyyətindədir.
Emin Şəmsiyev