Ronaldunu DÇ-nin afişasına salmadılar

Ronaldunu DÇ-nin afişasına salmadılar

Kriştianu Ronaldu 2022-ci il dünya çempionatının ulduzları üçün posterdə olmayacaq.

Fanat.Az xəbər verir ki, məlumatı ESPN yayıb.

Mənbənin məlumata görə, “Mançester Yunayted”in hücumçusu Dohanın göydələnlərində yerləşdiriləcək afişada olmayacaq. 

Hansı ki, posterdə turnirin 32 ulduzu (hər komandadan bir nəfər) yer alır. Bu qərar Ronaldunun “Mançester Yunayted”dəki statusunu itirməsi ilə bağlıdır.

Ehtimal olunur ki, afişada Portuqaliyadan millinin gənc futbolçulardan biri yer alacaq.

Bəzi oyunçuların imic hüquqları ilə bağlı oyunçuların nümayəndələri və milli assosiasiyalarla danışıqlar hələ də davam edir. Lakin mənbələr Neymarın Braziliya millisinin siması olacağını deyirlər. İngiltərəni Harri Keyn, Uruqvayı Luis Suares , Xorvatiyanı Luka Modriç, Seneqalı Sadio Mane, Kanadanı Alphonso Davis və Qətərin kapitanı Hassan Al Haidos təmsil edəcək.

Qeyd edildiyi kimi, Argentina millisi posterdə şəklinin yerləşdiriləcəyi futbolçu ilə bağlı hələ qərar verməyib. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər