"Ronaldu və Dibalanı eyni anda oynatmaq çətindi" - Sarri

"Ronaldu və Dibalanı eyni anda oynatmaq çətindi" - Sarri
"Yuventus"un baş məşqçisi Mauritsio Sarri Kriştianu Ronaldu və Paulo Dibalanı eyni vaxtda oynatmağın çətinliyindən danışıb.
Fanat.Az xəbər verir ki, Sarri "Sky Sport Italia"ya açıqlamasında qeyd edib:
"Dibal fenomenal futbolçudu. Sadəcə, iki möhtəşəm futbolçunu, Ronaldu və onu eyni anda oynatmaq çətindi.
Onlar istənilən vaxt matçın gedişatını dəyişə bilərlər. Taktiki baxımdan Ronaldu və Dibaladan eyni anda istifadə etmək asan deyil. Komandada belə keyfiyyətlərə malik iki oyunçu varsa, digər futbolçular da buna uyğunlaşmalıdılar - həm hücum, həm də müdafiə planında".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər